Paytaxt Bakıda daha bir bahalı villa satışa çıxarılıb.

Mia.az Axar.az-a istinadən xəbər verir ki, satışa təqdim edilən villa 48 otaqlıdır. Gənclik metrosu yaxınlığında, Həsən Əliyev küçəsində yerləşən mülk 28 sot torpaqda tikilib. 

Tikili 4 mərtəbə və bir mansartdan ibarətdir.

48 otaqli 2100 kvadratmetr sahəsi olan villa təmirsizdir. Villanın 30 maşın üçün nəzərdə tutulmuş qaraji da var. Villa üçün müəyyən edilmiş satış qiyməti 6 milyon manatdır.