Türkiyənin ağırllıq qaldırma üzrə dünya və olimpiya çempionu Naim Süleymanoğlu bu gün vəfat edib.
Mia.az TRT-yə istinadən xəbər verir ki, ötən ay qara ciyər köçürülən 50 yaşlı məşhur idmançının əməliyyatdan 15 gün sonra beyninə qan sızmışdı.
Həkimlər komaya düşən idmançının həyatını xilas etmək üçün çox çaba göstərsə də, buna nail ola bilməyiblər.
Onu da qeyd edək ki, Naim Süleymanoğlunun müalicəsini birbaşa prezident Ərdoğan şəxsi nəzarətə götürmüşdü.
Mia.az