Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləlinin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
APA-nın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul edilib.
Prokuror çıxışa hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.
Proses dekabrın 21-də davam edəcək
İttihama görə, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər. İş üzrə 5 zərərçəkmiş şəxs tanınıb.
Təqsirləndirilən şəxs V. Güləli zərərçəkmiş Misir Umudovu ləğv edilmiş MTN-ə işə düzəldəcəyini deyərək, onun 8 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
V. Güləli MTN-in polkovniki olub.