Rusiyanın Birinci kanalında yayımlanan "Kişi/Qadın” verilişinin aparıcısı Aleksandr Qordon azərbaycanlı ekstrasens Zirəddin Rzayevi studiyadan qovub.

Bu barədə Z. Rzayev özü youtube kanalında paylaşım edib. O bildirib ki, aparıcı onu psixopat adlandırıb.

Ekstrasens əlavə edib ki, Rusiyanın Birinci kanalına hörmətlə yanaşır və hər zaman kanalın verilişlərinin dəvətlərini məmnuniyyətlə qəbul edir. Lakin bu dəfəki dəvəti zamanı "Kişi/Qadın”ın aparıcılarından biri Qordon heç bir səbəb olmadan onu verilişdən qovub: "Qordon mənimlə diskussiya apara bilmədi, çünki o, kifayət qədər intellekt sahibi deyil. Məni psixopat adlandırdı və studiyadan qovanda öz vacibliyini göstərmək və məni aşağılamaq istədi. Lakin əslində o, özünü aşağıladı”.