BMM-də "Ağ ölümün fəsadları" adlı mətbuat konfransı keçirilib.

BakuPress Milli İnformasiya Agentliyinin təşkilatçılığı ilə keçirilən konfransa bir çox aidiyyatı orqanlar rəsmi dəvət olunsada, heç biri iştirak etməyib. Tədbir təşkilatşıları hesab edirlər ki, cəmiyyətimizin narkomanya adlı kabusdan xilas etmək üçün hər birimiz bir olub sözümüzü deməliyik: "Tək bir agentlik deyil, bütün ictimayyət və media nümayəndələri hamimiz bir olub, bu məsələni gündəmə gətirməliyik. Apteklərdə psixotrop dərmanlarla gənclərimizi məhv edirlər. Suallar verək kimlərdir ölkədə bunlara şərait yaradan? Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, Sibir meşələrindəki bataqlıqlara bənzəyir ki, orada yaşayan heyvanlar o bataqlığa düşür və sonra oradan çıxmaq üçün çırpınır, amma əksinə, hər hərəkətində daha da batır. Bu da elə bir şeydir. Narkotikadan istifadə insan həyatı üçün həmin o bataqlıqdan heç də az təhlükəli deyil. Ən qorxulu xəstəliklər mənbəyi - narkomaniya bataqlığında gənclərimizin batıb boğulmağına imkan verməyək!".

Agentliyin baş redaktoru araşdırmaçı jurnalist Şəfəq Ağacan və digər tədbir iştirakçılarımaraqlı çıxış edilbər. Cəmiyyətimizdə bu bəlanın niyə belə sürətlə yayılması haqqında suallar verə biləcəyimiz rəsmi qurumlar iştirak etmədiyi üçün konfrans iştirakçıları qərar verdilər ki, yenidən bu konfrans keçrilsin.
Tədbirdə olan çixişların videoanonsu təqdim edirik: