Xəzərdə itkin düşmüş digər baıqçının da meyiti tapılıb.
Mia.az FHN-ə istinadən xəbər verir ki, 11 noyabr 2017-ci il tarixində Bakı şəhərinin Pirallahı rayonu ərazisindən balıq tutmaq məqsədilə qayıqla dənizə çıxmış və geri qayıtmamış Hüseynzadə Fikrət Hikmət oğlu və Qurbanov Sehran Gülbala oğlunun meyitləri Dövlət Neft Şirkətinin "Orion-25" gəmisi tərəfindən aşkarlanaraq sudan çıxarılıb:
"Hər iki meyit aidiyyəti üzrə təhvil verilib".