"Azərbaycanda 3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinət artırılsın. Həmin müavinətlər dəyişiklik edilmədən 3 il müddətinə sabit qalsın”.
Bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.
Komitə sədri bildirib ki, prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur. "Güzəştli sosial evlərin ipoteka müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var. Məhkəmələrdə, hüquq mühafizə orqanlarında psixoloq, sosial işçi statlarının yaradılmasına böyük ehtiyac var”.
MM-in Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli də bu məsələ üzərində düşünüldüyünü bildirib: "Artıq bir neçə ildir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də bu məsələ üzərində düşünülür, ölcülüb-biçilir. Yəni, bu məsələ həm bizim, həm də nazir Səlim Müslümovun gündəmindədir”.
Səlim Müslümov isə deyib ki, hazırda ünvanlı sosial yardım sisteminin yenidən formalaşması istiqamətində iş gedir: "Bu çərçivədə 3 yaşınadək uşağı olan ailələrə verilən müavinətlərin artırılması məsələsinə baxıla bilər".