Suriyada idarə olunan partlayıcı qurğunun partlaması nəticəsində Rusiyanın NTV və "Zvezda” telekanallarında çalışan jurnalistlər yaralanıb. 

Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.  
 
"Noyabrın 6-da rusiyalı jurnalistlər Deyr əz-Zor şəhərinin küçələrinin birində çalışarkən, terrorçuların məsafədən idarə olunan partlayıcı qurğusu partladılıb. Partlayış nəticəsində 4 rusiyalı jurnalist və Rusiya ordusunun 5 istehkamçısı yaralanıb.
 
Yaralılar "Xmeymim” aviabazasına çatdırılıb. Onların həyatına hazırda heç bir təhlükə yoxdur".

APA