Nazirlər Kabinetinin "Azərbaycan Respublikası Energetika Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2014-cü il 8 oktyabr tarixli 325 nömrəli qərarında dəyişiklik edilib.

"Report” xəbər verir ki, qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyinin qərarı təsdiqlənib.

Sənədlə nazirliyin kollegiya üzvlərinin sayı 4-dən (sədrlə birlikdə) 9-a çatdırılıb.

Kollegiyanın sədri:

Şahbazov Pərviz Oqtay oğlu

– Azərbaycan Respublikasının energetika naziri

Kollegiyanın üzvləri:

Cavadov Gülməmməd Süleyman oğlu

– Azərbaycan Respublikası energetika nazirinin müavini

Abbasov Natiq Balaş oğlu

– Azərbaycan Respublikası energetika nazirinin müavini

Hüseynov İftixar Hüseyn oğlu

– Azərbaycan Respublikası Energetika Nazirliyinin Aparatının rəhbəri

Ağayev İbrahim Hümbət oğlu

Nağıyev Fazil Mirağa oğlu

– Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının hüquqi münasibətlər şöbəsinin müdiri

– Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının dövlət proqramlarının hazırlanması və icrasına nəzarət şöbəsinin müdiri

Məsimova Xalidə Məhəmməd qızı

Hüseynov Cəfər Əlisəf oğlu

Sadıqov Hacıqulu Rəvan oğlu

– Azərbaycan Respublikası Energetika Nazirliyi Aparatının enerji səmərəliliyi, alternativ və bərpa olunan enerji mənbələri şöbəsinin müdiri

– Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Enerji Nəzarəti İdarəsinin rəisi

– Azərbaycan Respublikası Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin rəisi.

Qərar bu gündən qüvvəyə minib.