Noyabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mia.az Ekologiya Nazirliyinə istinadən xəbər verir ki, sabah səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi  gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 7-10° isti, gündüz  16-20° isti, Bakıda gecə  8-10° isti, gündüz  18-20° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 764  mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 70-80 %, gündüz 45-50 % olacaq. 
 
Tibbi-meteoroloji proqnoza əsasən, noyabrın 6-dək Abşeron yarımadasında mülayim payız havası meteohəssas insanlar üçün əsasən əlverişlidir.  
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəxək. Səhər bəzi yerlərdə duman,  Lənkəran-Astara zonasında çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 5-10°, gündüz  15-20° isti, dağlarda gecə 0-4°, gündüz  6-11° isti olacağı gözlənilir.