Müğənni Maral Tahirqızı həbsdən çıxıb.
O, bu haqda sosial şəbəkədə yazıb:
"Əziz dostlarımı ürəkdən salamlayıram. Məni unutmayanlara, sevdiklərimə salamlarımı göndərirəm".
İfaçı onunla bağlı paylaşımlara da münasibət bildirib: "Təşəkkür edirəm. İndi daha güclü oxuyacağam. Səsimin üstünə səs gəlib".
Qeyd edək ki, ifaçı 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilmiş və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilmişdi/Musavat.com.