Azərbaycanın ilk musiqili internet televiziyası olan "MUZ TV Azərbaycan" peyk yayımına başlayır.
Bu barədə Mia.az-a telekanalın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, telekanalla "Azərkosmos" arasında əldə olunmuş razılığa əsasən, kanal 6 oktyabr 2017-ci il tarixindən etibarən "Azerspace-1” peyki vasitəsilə 13975 V/11174,4 H tezliyi ilə yayımlanacaq.
Qeyd edək ki, MUZ TV Azərbaycan 11 may 2012-ci il tarixindən yayıma başlayıb və musiqi mədəniyyətinin təbliği istiqamətində ixtisaslaşıb.