Mərhum prezident Əbülfəz Elçibəyin sabiq müşaviri, Müsavat Partiyasının məclis üzvü Rafiq Bəy İsmayıl bu gün dünyasını dəyişib.
Mia.az xəbər verir ki, bu barədə oğlu, Türkiyədə elmi-pedaqoji fəaliyyətlə məşğul olan politoloq Toğrul İsmayıl sosial şəbəkədə açıqlama verib: "Sevgili atamız, ailəmizin ağsaqqalı Rafiq Bəy İsmayıl vəfat edib. Bütün sevənlərinə duyurulur...".
Qeyd edək ki, bir neçə gün əvvəl Rafiq bəyin səhhətində qəfil problem yaranmışdı. O, xəstəxanada müalicə olunurdu...
Mia.az-ın kollektivi Rafiq bəyin vəfatından kədərləndiklərini bildirir, mərhumun həyat yoldaşı Xanım Xəlilovaya, oğlu Toğrul İsmayıla və bütün doğmalarına başsağlığı verir.
Allah rəhmət eləsin!