Jurnalist Xədicə İsmayıl bu gün Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağırılıb.
Mia.az xəbər verir ki, jurnalistin Turan-a verdiyi məlumata görə, çağırışın səbəbi məlum deyil. O, bunun pozmadığı şərti cəza rejimi ilə bağlı ola biləcəyini ehtimal edir.
"Hazırda mən şəhərin mərkəzindəyəm və polisə gedirəm”,- deyə jurnalist bildirib.