Xəbər verdiyimiz kimi, bu gün Ağdamın "Qarabağ ” klubu Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirib.
Mia.az oxu.az-a istinadən xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Bakı Olimpiya stadionunda İtaliyanın "Roma” klubuna 2:1 hesabı ilə uduzublar.
Bu matç həmçinin Azərbaycan futbolu tarixinə ən çox izlənilən oyun kimi düşüb. Bakı Olimpiya stadionunda oyunu 67 min 500 azarkeş canlı izləyib.
Oyun günü Bakı Olimpiya Stadionunun ərazisinə şəxsi nəqliyyat vasitələrinin, eləcə də minik avtomobillərinin girişi tam olaraq məhdudlaşdırılıb.
Bakı Nəqliyyat Agentliyi (BNA) azarkeşləri stadiona daşınmasını öz üzərinə götürüb. Lakin verdiyi vədə əməl etməyib. Qarşılaşmadan sonra minlərlə azarkeş yağışın altında metroya qədər piyada getməli olub. BNA-nın ayırdığı X2 Express xətti isə gözə dəyməyib.
Mia.az xəbər verir ki, məsələyə BNA-nın mətbuat katibi Mais Ağayev sosial şəbəkədə aydınlıq gətirib.
Onun sözlərinə gərə, təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib:
"Metronun X1 "Qara Qarayev" və X2 "Gənclik" stansiyaları istiqamətində sərnişinlərin daşınmasını həyata keçirən avtobuslar isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalından hərəkət edib. Yalnış istiqamətdə X2 avtobusunu axtaran sərnişinin göndərdiyi video əsaslanıb rəsmi qurumdan rəy öyrənmədən yazı verilirsə artıq deyəcək sözümüz yoxdur.
Sadəcə bildiririk ki, stadiondan çıxan tamaşaçıların daşınması tam şəkildə və havanın yağışlı olmasına baxmayaraq hər hansı bir narahatlıq olmadan başa çtdırılıb. Eyni zamanda da ictimai nəqliyyatdan istifadə edən sərnişinlərin daşınmasına nəzarətdə gücləndirilib və bu sahədə də hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb".
Hadisə şahidlərinin məsələ ilə bağlı göndərdikləri görüntüləri təqdim edirik: