Tanınmış yazıçı və aparıcı Orxan Fikrətoğlu yeni tele mövsümdən "Space” tv-də fəaliyyətə başladı.
Qısa müddətdə geniş auditoriya toplamağı bacaran "Gecə düşüncələri" layihəsinin müəllifi Orxan Fikrətoğlu "Space” tv-də fəaliyyət göstərməsinin səbəblərini belə açıqlayıb: "Space”tv-dən qabaq kanalın prezidenti Vaqif Mustafayevi tanıyırdım və onunla birgə işləməyə gəlmişəm: ”Elə bil ki min ildir burdayam. Rəhbərlikdən tutmuş sıravi işçilərə qədər hamı hörmətimi saxlayır”.
Orxan Fikrətoğlu həmçinin reytinq probleminə də toxunub: "Mənim layihələrimə baxan milli azlıq Üzeyir Hacıbəyovun ilk operası zamanı zalda oturan on iki nəfərin övladlarıdır. Onu da unutmayın ki, bizi millət edən də həmin o on iki adamın düşüncəsidir. O adamlar az olduğu üçün reytinqə təsir edə bilmirlər. Yəqin ki, mənə o adamlar baxacaq. Mən onlar üçün işləyirəm”.