Tanınmış jurnalisti Azər Hüseynbala infarkt keçirib.

Bu barədə jurnalistin oğlu Turqut məlumat verib.

Onun sözlərinə görə, A. Hüseynbala ötən gün ağır vəziyyətdə Mərkəzi Klinik Xəstəxanasına yerləşdirilib.

***

İnfarkt keçirərək Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən tanınmış jurnalist Azər Hüseynbalanın ürək damarına stend qoyulub.

Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Azər Hüseynbala anjio olunub, ürək damarlarından birinə stend taxılıb.

Hazırda onun vəziyyəti normal qiymətləndirilir.