Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti "Turan” İnformasiya Agentliyində aparılan yoxlamalarla bağlı açıqlama yayıb.

Prokurorluqdan Mia.az-a verilən məlumata görə, "Turan"la bağlı bəzi kütləvi informasiya vasitələrində yayılmış informasiyalar həqiqəti əks etdirmir:

"Hazırda Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində cinayət işinin istintaqı davam etdirilir və nəticəsi barədə əlavə məlumat veriləcəkdir.

"Turan” İnformasiya Agentliyi barədə hər hansı məhdudiyyət tədbirləri keçirilmir".