Space Tv-nin xəbərlər departamentinin baş redaktor müavini Azadə Balayeva telekanaldan ayrılıb.

Mia.az xəbər verir ki, bu barədə jurnalist özü sosial şəbəkədə məlumat verib. A. Balayeva bildirib ki, "Space”dəki 4 illik fəaliyyətini dayandırıb:"Bir aylıq məzuniyyətin ardından Space TV-də 4 illik fəaliyyətim də başa çatdı. Bu gündən rəsmən işsiz sayılıram və aktiv iş axtarışındayam. Uyğun bildiyiniz iş təkliflərinizə sevinərəm”.