Bu il başlayandan 30 nəfəri ilan sancıb.

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib. Şöbə müdiri deyib ki, apreldə 2 nəfər, mayda 14 nəfər, iyunda 8 nəfər, iyulda 6 nəfər ilan sancması ilə əlaqədar Mərkəzə müraciət edib:

"Xəstələr arasında ölən yoxdur. İyul ayında ilan sancanlardan iki nəfərinin vəziyyəti ağır olub, qalan dörd nəfərin vəziyyəti orta-ağır qiymətləndirilib”.

A.Maqsudov deyib ki, hazırda onlardan bir nəfər xəstəxanada müalicəsini davam etdirir.