Bu gün Neft Daşlarında dəstə rəisi intihar edib.
Mia.az xəbər verir ki, bu barədə SOCAR-dan məlumat verilib.
Bildirilib ki, səhər saat 8.15 radələrində Neft Daşlarında Geofizika-Geologiya idarəsinin Neft Daşları mədən geofizika ekspedisiyası nəzarət-interpretasiya dəstəsinin rəisi (geoloq) 1961-ci il təvəllüdlü Vəliyev Məmməd Şəmistan oğlu naməlum səbəblərdən özünü 9 mərtəbəli yataqxananın 9-cu mərtəbəsindəki otağından atıb və nəticədə dünyasını dəyişib.
Hadisə ilə bağlı təcili olaraq müvafiq orqanlara məlumat verilib, araşdırma aparılır.