Bu gün Azərbaycan Polisi Günu qeyd olunur.

Mia.az  a24.az-a istinadən Azərbaycanın polis adı daşıyan məşhurlarının siyahısını təqdim edir:

Əməkdar artist Cabir İmanov – 18 ildir polis orqanlarında çalışır.

Hazırda polis polkovnik-leytenantıdır.

"Ağ canavar” ləqəbli azərbaycanlı kikboksçu, 15 qat Azərbaycan çempionu Eduard Məmmədov:

- Hazırda Daxili İşlər Nazirliyində işləyir, polis polkovnik-leytenant rütbəsindədir və öz fəaliyyətinə görə bir sıra mükafatlara layiq görülüb.

Güləş üzrə Azərbaycanın birinci Olimpiya çempionun kimi tarixə düşən, Avropa və Olimpiya çempionu, dünya çempionatının finalçısı Namiq Abdullayev:

Hazırda polis polkovnik-leytenantıdır.

Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov:

Daxili İşlər Nazirliyində, Nərimanov rayonu cinayət axtarış şöbəsində polkovnik-leytenant rütbəsində işləyir.

Stend atıcılığı üzrə olimpiya mükafatçısı Zemfira Meftahətdinova:

1994-cü ildən polis orqanlarında işləyir, polis polkovnik-leytenantıdır.

Məşhur saatsaz Hacı Fətəliyevin oğlu Ceyhun Fətəliyev:

Suraxanı Rayon Polis İdarəsinin kadrlar şöbəsinin rəisidir.