Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xızı rayonu, Şurabad qəsəbəsində dənizdə 1 nəfərin batması barədə məlumat daxil olub.
 
FHN-nin yaydığı məlumata görə, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb.