İranın Ahvaz bölgəsində temperatur 54 dərəcəyə qalxıb və bu indiyə qədər qeydə alınan ən yüksək temperatur hesab olunur.

Qaynarinfo xəbər verir ki, Dünya Meteorologiya Təşkilatı bu barədə məlumat yayıb. 2013-cü ildə Kaliforniyada və 2016-cı ildə Küveytdə də 54C istilik müşahidə olunub.

İranda bundan əvvəl qeydə alınan ən yüksək temperatur 50,5C olmuşdu.