İyulun 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, havanın temperaturunun gecə 21-24° isti, gündüz 29-34° isti, Bakıda gecə  21-23° isti, gündüz  31-33° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi norma daxilində 759 mm civə sütunu, nisbi rütubət  gecə 65-75 %,  gündüz  35-45 %  təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda  22-23°, Türkan, Hövsan, Sahil, Şıxda  24-25° isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 1-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amildir.  
 
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 19-24° isti, gündüz  35-40° isti, dağlarda gecə 13-18° isti, gündüz  25-30° isti olacağı gözlənilir.