Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarına əsasən orta təhsilin ən ali mükafatlarını almaq üçün şagird respublika fənn olimpiadalarının yekun mərhələsində, ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülməli, eyni zamanda ümumi orta təhsil səviyyəsini 75% əla qiymətlərlə bitirməlidir.Həmçinin, tam orta təhsil səviyyəsində oxuduğu müddətdə fənlər üzrə cari qiymətlərinin ən azı 75%-i "əla” olmalı, fənlərdən illik qiymətləri "əla” almalıdır.
"Bu dərs ilinin yekunlarına əsasən, ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar medalla təltif olunacaq. Hazırda medalla təltifə namizəd şagirdlər barədə yerli təhsil idarəetmə orqanlarından alınmış məlumatlar təhlil olunur”.