Sosial şəbəkələrdə Dağlıq Qarabağın yeni görüntüləri yayılıb.
Videonu Xankəndinə səfər etmiş turist çəkib.
O, motosikleti ilə Xankəndinin küçələrində dövrə vurur. Videodan görünür ki, şəhərdə həyat öz axarı ilə davam edir.
Görüntülərin iyunun 23-də lentə alındığı qeyd olunur.
Xatırladaq ki, bir neçə gün əvvəl rus turistlər Kəlbəcərdəki istirahət videolarını paylaşmışdılar.
BAKU.WS