"Azercell Telelom" MMC müqəddəs Ramazan bayramı münasibətilə abunəçilərinə yeni kampaniyanı təqdim edir.
Şirkətdən Mia.az-a verilən məlumata görə, 26-27 iyun 2017-ci il tarixlərində Azercell SimSim abunəçiləri şirkətin Ramazan Hədiyyəsi kampaniyasından yararlana biləcəklər.
Kampaniya çərçivəsində abunəçilər şəbəkədaxili istifadə üçün 10 dəqiqə və 100 SMS HƏDİYYƏ qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, BAYRAM sözünü 5757-ə SMS vasitəsilə göndərmək lazımdır (SMS pulsuzdur).
Qeyd edək ki, hədiyyə olunan şəbəkədaxili dəqiqə və SMS-lər kampaniya ərzində yalnız bir dəfə aktiv edilə və 27.06.2017 23:59-dək istifadə oluna bilər: "Azercell Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edir və hər kəsə xoş bayram əhval-ruhiyyəsi arzulayır. Bu bayram sevincini Azercell-lə birgə yaşayın!".