İyunun 24-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gündüz havanın arabir tutulacağı gözlənilir.
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən bildirir ki, sabah Bakıda şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 18-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 45-55% təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 19-20°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 20-21°, Türkan, Hövsan, Sahil, Şıxda 22-23° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacağı gözlənilir.