Eyni zamanda deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır.
Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abiyevlə əlaqə saxlayıb. Amma deputat bu mövzuda geniş danışmaq istəmədiyini bildirib.
Komissiya sədri qanun layihəsində qeyd edilən "deputat hədiyyənin qəbul edilməsi ilə bağlı qərara gələ bilmədiyi hallarda bu məsələ barədə Milli Məclisinin İntizam Komissiyasının rəyini öyrənməli və ona uyğun davranmalıdır” sözlərini belə cavablandırıb:
"Bəlkə biz deputat hədiyyə alanda ondan çek də tələb edək? Bizim bütün problemlərimiz həll oldu, qaldı hədiyyə... Elə deputat var ki, ildə 1 dəfə, eləsi də var ki, 2-3 dəfə hədiyyə alır. Biz ondan soruşmalıyıq ki, hədiyyənin qiyməti nə qədərdi? Bu, çox qeyri-ciddi məsələdir”.
Qeyd edək ki, Milli Məclisin iyunun 30-da keçiriləcək iclasında "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" yeni qanun layihəsi ikinci oxunuşda müzakirə ediləcək.