İyunun 10-da Sumqayıt şəhəri H.Z.Tağıyev və Ceyranbatan qəsəbəsində uşaqlar arasında kütləvi zəhərlənmə faktıqeydə alınıb. 150-ə yaxın uşaq Sumqayıt şəhər 1 saylı Uşaq Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın ötən gün Modern.az-a verdiyi məlumata görə, uşaqlar arasında mədə-bağırsaq infeksiyasının baş verməsilə əlaqədar dərhal operativ qərargah yaradılıb:
"Uşaqların qanından götürülmüş nümunələrin laborator müayinələrinin nəticəsində xəstələrdə Rotavirus infeksiyasıaşkar edilib. Yayılma yolunun əsasən su olduğu nəzərə alınaraq, infeksiyanın başvermə səbəbinin paylayıcı su şəbəkəsinin olduğu ehtimal edilir. Qeyd olunanlarla əlaqədar suyun təmizlənməsi və zərərsizləşdirilməsi tibbi nəzarətə götürülüb”.
Səhiyyə Nazirliyinin iyunun 14-nə olan məlumatına görə, 46 uşağın stasionar müalicəsi davam etdirilir.
"Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbarayıllıisə bütün bu açıqlamalarla razılaşmır. Qurum rəsmisiModern.az-a növbəti dəfə deyib ki, Sumqayıt şəhəri və H.Z.Tağıyev qəsəbəsinə verilən suyun keyfiyyətilə bağlı heç bir problem yoxdur:
Biz "Azərsu” Açıq Səhmdar Cəmiyyəti olaraq, məsələnin tam araşdırılmasında maraqlıyıq. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi həmin ərazidəki satış obyektlərində, süd, dondurma, müxtəlif qidaların tərkibini yoxlasın. Rotavirus çirkli əllər deməkdir, bağırsaq qripidir. Virus sudan çox qida maddələrində aşkarlanır. İmran Abdullayevin açıqladığı Rotavirus suda yox, xəstələrin nəcisində aşkarlanıb. O nəcisin tərkibində su ilə yanaşı bir çox maddələr var. Biz əminliklə deyirik ki, suyun tərkibi tam təmizdir. Rotavirusun yayılması su ilə əlaqəli deyil. Nədən yaranmasını isə aidiyyatı qurum araşdırıb tapsın”.