Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinaədn billdirir ki, iyunun 13-də havanın temperaturunun gecə 16-20° isti, gündüz  24-28° isti, Bakıda gecə  17-19° isti, gündüz  26-28° isti olacağı gözlənilir.
 
Atmosfer  təzyiqi 755 mm civə sütunundan 759 civə sütununadək yüksələcək. Nisbi rütubət  70-80 % təşkil edəcək.
 
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə  leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz  29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacağı gözlənilir.    
 
ETSN hava şəraiti ilə bağlı xəbərdarlıq da edib. Xəbərdarlıqda bildirilir ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.