Uzun müddətdir ki, efirlərdə görünməyən müğənni Şəbnəm Tapdıq ölkəni tərk edib.

Bunu a24.az-a açıqlamasında müğənninin özü deyib:

"Mən artıq Azərbaycanda yaşamıram. Çox güman ki, heç geri qayıtmayacam. Hazırda Almaniyada yaşayıram. Yəqin ki, yaradıcılığımı burada davam etdirəcəm”.

Qeyd edək ki, müğənni Şəbnəm Tapdıq mərhum şair İlyas Tapdığın qızıdır.