Bir necə gün əvvəl səhhətində ciddi problemlər yarandığı üçün Bakıda xəstəxanaya yerləşdirilən millət vəkili Hüseynbala Mirələmovun vəziyyəti normallaşıb. 

Bu barədə məlumatı Azinforum.az-a millət vəkilinin yaxın qohumlarından biri verib. 

Onun sözlərinə görə, Hüseynbala müəllimin səhhəti normallaşıb, artıq danışmağa başlayıb: "Çox güman ki, yaxın günlərdə müalicəsini Türkiyədə davam etdirməli olacaq”.