Bu gün Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə  rayon ərazisində yerləşən "KOALA”  istirahət və əyləncə mərkəzində uşaqlar üçün bayram tədbiri keçirilib. 

İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin 1 saylı Körpələr Uşaq Evində tərbiyə alan valideyn himayəsindən məhrum olmuş  və  aztəminatlı ailələrdən olan uşaqlara nahar süfrəsi açılıb, onlara hədiyyələr verilib: "Gün ərzində uşaqlar parkda olan müxtəlif oyun elementlərindən istifadə edərək şənləniblər".