"Basta” saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün Baş Prokurorluğa çağırılıb.
"Baş prokurorluqdan zəng etdilər. Bu gün saat 3-də prokurorluğa getməli olduğumu bildirdilər. Dəvətin səbəbini soruşdum, dedilər ki, saytdakı bəzi yazılarla bağlıdır”,– Mustafa Hacıbəyli bildirib.
Xatırladaq ki, aprel ayında M.Hacıbəyli polisə çağırılmışdı.