Bakı şəhəri, Aşıq Molla Cümə 25 ünvanında yerləşən yarızirzəmini vaxtı ilə satın alan, lakin sonradan hansısa yolla həmin zirzəmini özünün deyil, "ULTEL-Telekom" özəlləşdirdiyini bildirən Əzimov Elşad Yusif oğlu şirkətə KİV vasitəsi ilə müraciət edib.

Onun Mia.az-a daxil olan və "Ultel"in Baş direktoru Əsgərov Əliqiyam Əlisafa oğluna ünvanlanan açıq məktubunda deyilir:

"Hörmətli Əliqiyam müəllim!

Yazıb Sizə bildirmək istəyirəm ki, Sizin şirkətiniz tərəfindən özəlləşdirilən, Aşıq Molla Cümə 25 ünvanında yerləşən yarızirzəmi 2003-cü ildən mənim istifadəmdə olub. Həmin obyekti bizə saxta sənədlə satıldığı üçün sonradan mən həmin obyekti sata bilmədim. Sonra isə mən obyektin özəlləşməsi üçün bütün sənədləri hazırladım. Mənzil-Kommunal Təsərrüaft Birliyindən  tutmuş, həmin obyektin üstündə yaşayan şəxsə qədər icazə aldım. Lakin mənim yaxın bir adamım da yaranmış xəstəlik məni maddi zərərə saldı və həmin obyekti özəlləşdirə bilmədim. 

Dəqiq desəm, oğlum Əzimov Xəyal Elşad oğlu Ağcabədi rayonunun 161 saylı hərbi hissəsində xidmət etmişdir. Ötən ilin aprel döyüşlərində iştirak etmiş və qarın nahiyəsindən yaralanmışdır. Bu ilin fevral ayında Ağdamda gedən döyüşlərdə kəllə beyin travmasıyla yenidən hospitala düşmüşdü. 1 ay bundan öncə Bakı şəhərində papanin adlanan hospitala döyüş bölgəsindən gətirilək yerləşdirilib. 

Hal-hazırda Gəncə hərbi haspitalda müalicə olunur. 1 ildir mən yaralı əsgər oğlumun arxasınca Qazax-Bakı- Gəncə yollarında qalmışam. İşdən də qazandığım pulları bu yollarda xərcləyirəm.

Bu müddətdə mənə dəfələrlə Əmlak Komitəsindən zəng olunsa da, mən lazım olan məbləği düzəldə bilmədim. Hal-hazırdada mənim ailəmdə səhhətində ciddi xəstəlik olan şəxs var. Nə isə.

Sonradan mənə məlum oldu ki, həmin obyekt sizin rəhbərlik elədiyiniz "Ultel" şirkəti tərəfindən özəlləşdirilib.

Hörmətli Əliqiyam müəllim!

Həmin obyektin üzərində mənim haqqım var. Mən oranın alınmasında, sonradan təmir olunmasında və özəlləşdirməyə hazırlanması üçünxərc çəkmişəm. Buna görə də Sizdən xahiş edirəm, mənim vəziyyətimi nəzərə alıb, mənimlə halallaşasınız. Heç olmasa, həmin obyektdə çəkdiyim xərcin bir qismini mənə ödəyəsiniz. Buna hal- hazırda çox ehtiyacım var. 

Xahiş edirəm, mənim bu məktubumu səmimi qəbul edəsiniz. Mən çox istərdim ki, bu mübahisəli məsələni öz aramızda sülh yolu ilə həll edək, başqa vasitələrə ehtiyac yaranmasın.

Hörmətlə, Əzimov Elşad Yusif oğlu. Əlaqə telefonu: 055 7645989".

Qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az