Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri İlqar Dadaşov vəfat edib.

Mia.az "Report”a istinadən xəbər verir ki, 1956-cı təvəllüdlü İ.Dadaşov Lənkərandan Bakıya gedərkən yolda ürəktutmadan ölüb. 

Qeyd edək ki, mərhum 2005-ci ildən bu vəzifədə çalışırdı.