Bu gün yaşamaq üçün işləmək mütləqdir. Kiminin çörəyi daşdan, kimininki qələmdən, başqa birininki xəstəlikdən, digərininki... Bu siyahını istənilən qədər uzatmaq olar. Hətta hər ay sadəcə qol çəkməklə maaş alanlara qədər...
Məsələ ilə bağlıhüquqşünas Əliməmməd Nuriyev Modern.az-a deyib ki, Azərbaycanda ildən-ilə maliyyə nəzarət mexanizmi güclənir:
"Maliyyə Nazirliyi xəsislik edir”
Hüquqşünas bununla belə, bəzi dövlət orqanlarında hələ də "ölü canlar”ın qalmasını istisna etmir: "Hər bir halda, xüsusilə də medianın məsələyə həssas yanaşdığı bir vaxtda bu işi gizli saxlamaq çox çətindir. Hazırda "Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna əlavə və dəyişikliklər edilib. Qanuna daxili nəzarət mexanizmlərinin gücləndirilməsi, korrupsiya hallarına yol verilməsilə bağlı məlumat verən şəxslərin müdafiəsi haqqında müddəalar daxil olunub. Bu üzdən də sadaladığım yeniliklər neqativ halların saxlanmasını mümkünsüz edir. Çünki həmin dövlət qurumunda çalışan şəxs, bunu korrupsiyaya şərait yaradan hal kimi qiymətləndirib aidiyyatı üzrə məlumat verə bilər. Ona görə də güman etmirəm ki, dövlət orqanın vəzifəli şəxsi belə bir məsuliyyəti və riski öz üzərinə götürsün.
Dövlət orqanlarında dövlət vəsaitlərindən qənaətli istifadə edilməsi çox vacibdir. Ona görə də hər bir ştatın nə dərəcədə faydalı və səmərəli olması qiyətləndirilməlidir”.
Müqaviləli qohum işçilər...
Ə.Nuriyev qeyd edib ki, bir çox dövlət qurumlarında işçilərin müqavilə ilə çalışdırılması halları artıb: "Dövlət orqanlarında çoxsaylı vakansiyalar var. Bəzi hallarda bu vakansiyalar dövlət orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq qurumlara təqdim olunmur. Və yaxud şəxslərin uzun müddətə həmin vəzifələrdə müqavilə əsasında çalışmaları baş verir. Halbuki, bunlar "Dövlət qulluğu haqqında” qanuna uyğun olaraq müsabiqə yolu ilə işə qəbul olunmalıdırlar.
Eyni zamanda, vakansiyalar haqqında məlumatlar mövcud şərtlərlə və Açıq Hökumətin təşviqilə bağlı Milli Fəaliyyət Planının tələblərinə görə hər il dövlət orqanı tərəfindən verilən hesabatda göstərilməlidir. Bu baxımdan sözügedən sahədəki mövcud risklər getdikcə azalır. Bu cür neqativ hallara yol verən vəzifəli şəxslər tərəfindən intizam tədbirləri görülə bilər. Bəzi vəzifəlilər məhz müqavilə vasitəsilə öz yaxın qohum-əqrəbalarını işlə təmin edirlər. Bəzi hallarda səhlənkarlıq da baş verir, ciddi uçot aparılmır. Ona görə də müqaviləli işçilərin saxlanması bəzilərinə sərf edir”.