Bakının Sabunçu rayonundakı 22 saylı orta məktəbdə zəhərlənən 9 şagirdin vəziyyəti sabitləşib. 

Bu barədə Trend-ə 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasından məlumat verilib. Xəstəxanadan bildiriblər ki,şagirdlər həkimlər tərəfindən təkrar müayinə ediləndən sonra bu gün xəstəxanadan evə buraxılıblar.

Xatırladaq ki, hadisə martın 14-də Sabunçu rayonu, Maştağa qəsəbəsi, 22 saylı orta məktəbdə baş verib. İlkin məlumata görə, zəhərlənmənin səbəbi 5-ci sinif şagirdlərindən birinin ad günü münasibəti ilə sinfə gətirdiyi şirniyyat olub.

Zəhərlənən məktəblilər dərhal 5 saylı Birləşmiş Uşaq İnfeksion Xəstəxanasına yerləşdiriliblər.