Bu gün  AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın növbəti iclası keçirilib.

İnstitutdan Mia.az-a verilən məlumata görə, iclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib. 

Şuranın iclasında 10 şöbə üzrə kiçik elmi işçi, elmi işçi, böyük, aparıcı və baş elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə keçirilib:

"13 nəfər tutduğu vəzifəyə gizli səsvermə yolu ilə yekdilliklə seçiliblər". 

İclasda AMEA-da əqli mülkiyyətin yaradılması, qorunması və istifadəsi prosesinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında (AMEA Prezidentinin 17 mart 2017-ci il tarixli 170 saylı Sərəncamı) fikir mübadiləsi aparılıb və dosent Eldar Abbasov koordinator təyin olunub.

Mia.az