"Bu, Mədəniyyət və Turizm Nazirliyi və hüquq-mühafizə orqanlarının işidir. Qərara görə bu iş görülməlidir”. 

Bu sözləri Teleqraf.com-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli "Sovetski” ərazisində Hacı Cavad məscidinin sökülməsinə münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, Bakının gözəlləşməsi, inkişafı naminə görülən bu cür işlər normal qarşılanmalıdır. 

Xatırladaq ki, məscid XIX əsrdə inşa olunub və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yeni aşkar olunmuş tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilib.

Bu gün Bu gün Yasamal rayonu Çingiz Mustafayev küçəsində yerləşən Hacı Cavad məscidinin sökülməsi zamanı qarşıdurma yaranıb. Sosial şəbəkədə hadisə yerindən məlumat paylaşan istifadəçilər dindarların buna etiraz etdiyini bildiriblər.