Bir neçə gün bundan qabaq beyninə qan sızıb, xəstəxanaya yerləşdirilən meyxanaçı Kərimin ailəsinə ağır itki üz verib. 

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a meyxanaçı Ağamirzə məlumat verib. 

O bildirib ki, bu gün meyxanaçının anası Xanım Novruzova dünyasını dəyişib.

Qeyd edək ki, insult keçirən meyxanaçı Kərim hazırda Mərkəzi Klinik Xəstəxanadadır. Vəziyyətinin yaxşı olduğu deyilir.