Bu gün Yeni Azərbaycan Partiyası və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında ağacəkmə kampaniyası keçirilib.
İH-dən Mia.az-a verilən məlumata görə, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələrinin, rayon ictimaiyyətinin, könüllü sakinlərin, həmçinin gənclərin yüksək fəallıqla qoşulduğu genişmiqyaslı iməcilikdə ətraf ərazi tullantılardan təmizlənərək burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib və ərazidə İtaliyadan gətirilmiş 1000-ə qədər Leylanda və müxtəlif növ digər ağac və kollar əkilib.
Aksiyaya Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları və digər dövlət rəsmiləri qatılıb.

