Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş tərkibdə iclası keçirilib.
İcra Hakimiyyətindən Mia.az-a verilən məlumata görə, Şuranın iclasında rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların, ali və orta ixtisas təhsil müəsisələrinin, orta təhsil və məktəbəqədər müəsisələrin, səhiyyə, mədəniyyət, xidmət sahələrinin rəhbərləri, dini icmaların, qeyri-hökümət təşkilatlarının və ictimaiyyət nümayəndələri iştirak edib.
İcra başçısı Asif Əsgərov prezidentin sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar may ayının 12-22-si tarixlərində Bakıda keçiriləcək IV İslam Həmrəyliyi oyunları ərəfəsində rayon ərazisində müvafiq tədbirlərin keçirilməsinin vacibliyini qeyd edərək qarşıda duran vəzifələrdən danışıb, abadlıq işlərinin aparılması, yeni yaşıllıqların salınması, park və bağlarda əhalinin asudə vaxtlarını səmərəli keçirmələri üçün müvafiq şəraitin yaradılması istiqamətində görüləcək tədbirləri qeyd edib.
Aprel döyüşlərindən danışan icra başçısı deyib ki, həmin günlər Milli Ordumuzun əsgərlərinin doğma Vətən torpaqlarının hər bir qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər.