İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elşad Həmidov DTX-da monitorinq keçirib.
Bu barədə Mia.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 11.00-da "İşgəncələrə Qarşı Azərbaycan Komitəsi”nin sədri Elşad Həmidov və komitənin mətbuat katibi Telman Mirzəyev Dövlət Təhlükəsizlik Xidmətinin Təcridxanasında monitorinq keçiriblər:
"Elşad Həmidov təcridxananın tibb otağına da baxış keçirib. Tibb otağı ən müasir tibb avadanlıqlarla təchiz olunub, burada hər növ dərman və tibbi ləvazimatlar var".
Məlumatda o da bildirilib ki, komitə sədri qidalanma və saxlanma şəraiti ilə tanış olub: "Komitə sədri, eyni zamanda, saxlanılan şəxslərin çoxu ilə öz kameralarında görüşüb, burada onların saxlanılma şəraitləri ilə yaxından tanış olub. Təqsirləndirilən şəxslər heç bir şikayət və narazılıqlarının olmadıqlarını bildiriblər".