Arzu Rüstəmsoy
Gələrsənmi?
Gecə geçər, gələr dan,
Nura boyanar, hər yan.
Əhdə vəfadar olan,
Darıxsam, gələrsənmi?
***
Yolunda qaya kimi,
Yetdiyin haya kimi.
Bükdüyün saya kimi,
Duruxsam, gələrsənmi?
***
Çıxdın, getdin ömrümü,
Yıxdın, getdin ömrümü.
Yetim uşaqlar kimi,
Soluxsam, gələrsənmi?
***
Ölü qalxmaz, qəbirdən,
Təsəlli yox, səbirdən.
Sağalmaz dərdə birdən,
Yoluxsam, gələrsənmi?
***
Dərd gətirər, yaş kimi,
Ağır olmaz, daş kimi.
Gözlərində yaş kimi,
Doluxsam, gələrsənmi?