Martın 16-da Daşkəsən şəhərinin Heydər Əliyev meydanında Novruz bayramı ilə bağlı rayon sakinlərinin iştirakı ilə bayram tədbiri keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev tədbirdə təbrik nitqi söyləyib. O, çıxışında hər kəsi bayramı münasibətilə təbrik edib.
Ə.Abıyev təbrik nitqindən sonra ümumrayon tədbirində nümayiş etdirilən el sənəti və milli mətbəx nümunələrinə baxış keçirib. Rayonun Heydər Əliyev meydanında keçirilən ümumrayon şənliyi el aşıqları, musiqiçilərin ifaları və idmançıların müxtəlif idman nömrələri və rəngarəng əyləncəli proqramları ilə davam etdirilib.
Daha sonra bayram tədbiri rayon ərazisində yerləşən ən müasir tipli yeni tikilmiş "N” saylı hərbi hissədə əsgər və zabitlərlə birgə yüksək səviyyədə davam etdirilib. Əhəd Abıyev və rayon ictimaiyyəti bu bayram tədbirində iştirak edib, gətirdikləri hədiyyələri və bayram sovqatlarını əsgərlərə veriblər.
Əhəd Abıyev hər il olduğu kimi, bu il də bayram münasibəti ilə təşkil edilən şənlikdə boks rinqində öz məharətini göstərib.





