16 dekabr 2016-cı il tarixində dənizdə baş verən qəza zamanı itkin düşən daha bir neftçinin cəsədi tapılıb.

Verilən rəsmi məlumata görə, həyata keçirilən axtarış-xilasetmə əməliyyatları nəticəsində martın 13-də meyiti tapılan şəxsin «Azneft» İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1saylı neft qaz çıxarma sahəsində nasos qurğularının maşinisti vəzifəsində çalışmış, 1970-ci il təvəllüdlü Abbasov Ramiz Qulu oğlu olduğu müəyyən edilib.
 
Mərhumun meyiti ailəsinə təhvil veriləcək.