Bu gün AMEA Riyaziyyat və Mexanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İnstitutdan Mia.az-a veriln məlumata görə, iclasda AMEA RMİ-nun "Diferensial tənliklər" şöbəsinin böyük elmi işçisi r.ü.f.d. Şəmsiyyə Muradovaya 1211.01-Diferensial tənliklər ixtisası üzrə və "Funksional analiz" şöbəsinin böyük elmi işçisi f-r.e.n. Vüqar Xəlilova isə 1208.01-Ehtimal nəzəriyyəsi ixtisası üzrə dosent elmi adının verilməsi məsələsinə baxılıb.
Gizli səsvermə nəticəsində Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyası qarşısında vəsadət qaldırılması qərara alınıb.
Şuranın iclasında 10 şöbə üzrə kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrini tutmaq üçün müsabiqə komissiyasının tərkibi təsdiq olunub.
Məlumata görə, AMEA Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli №3/3 qərarı ilə "AMEA-nın professoru” elmi adı təsis edilib. İclasda "AMEA-nın professoru” elmi adı haqqında qərar və əsasnamə ilə şura üzvləri tanış edilib. Çıxış və təkliflər nəzərə alınaraq AMEA Riyaziyyat və Mexanika İnstitutundan namizədlərin irəli sürülməsi üçün elmi şuraya müraciət edilməsi qərara alınıb.
İclasda gündəlikdə duran cari məsələlər müzakirə edilib.

